Bakda külək güclənib, bölgələrdə yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA



 20:30 27.07.2024     458

İyulun 27-si saat 17:00-a olan məlumata əsasən bəzi bölgələrdə yağıntılı hava şəraiti davam edir.

Demedia.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Daşkəsən, Altıağac, Qusar, Gədəbəy, Göygöl, Şəmkir, Gəncə, Şəkidə şimşək çaxır, arabir yağış yağır.

Şimal-qərb küləyi narıncı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 18-24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrdir.

11:10

Bu gün səhər saatlarında yağan intensiv leysan yağışlar nəticəsində bəzi çaylardan sel keçib.

Bu barədə Demedia.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şəki rayonu ərazisindən axan Şinçay, Damarçınçay və Zaqatala rayonu ərazisindən axan Talaçaydan selin keçməsi müşahidə olunub.

09:40

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Demedia.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

İyulun 27-si saat 9:00-a olan məlumatına görə, bölgələrdə qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub.

Düşən yağıntının miqdarı Tərtərdə 39 mm, Qax (Sarıbaş), Zaqatalada 35 mm, Zərdabda 31 mm, Balakəndə 15 mm, Şəmkirdə 13 mm, Qrız, Gədəbəydə 11 mm, Daşkəsən, Şahdağda 9 mm, Bərdə, Qusar, Şəkidə 7 mm, Quba, Tovuz, Mingəçevirdə 6 mm, Oğuz, Ceyrançöl, Yevlax, Qəbələ, Göygöl, Ağdam, Xaltan, Altıağac, Şabran, İsmayıllı, Ağstafa, Naftalan, Gəncə, Şəmkir, İmişli, Naxçıvanda 5 mm-dək olub.

Lerik, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Şəki, Qusar, Qrızda duman müşahidə olub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 36, Aran rayonlarında 32, dağlıq rayonlarda isə 19 dərəcəyədək isti olub.