Azərbaycanda dollara tələbat KƏSKİN ARTDI



 22:00 30.07.2024     425

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 4 milyard 195,9 milyon ABŞ dolları məbləğində satış olub.

Demedia.az  bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur.

Təkcə bu ay isə valyuta satışının məbləği 597,1 milyon dollar təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,2 dəfə çoxdur.

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair növbəti qərarı barədə press-reliz 31 iyul 2024-cü il tarixində saat 10:00-da yayımlanacaqdır.