Bəzi bölgələrdə küləkli havaya görə sarı xəbərdarlıq edilib
Avqustun 2-3-də qısa müddətə Azərbaycanın bölgələrində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
Bu barədə Demedia.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sarı xəbərdarlığa uyğun olaraq Culfa, Ordubad, Şabran, Xaçmaz, Qobustan, Gəncə, Goranboy, Naftalan, Daşkəsən, Şirvan, Neftçala, Salyan, Biləsuvar, Cəlilabadda qərb küləyinin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.