Geomaqnit qasırğası olacaq



 12:43 11.09.2024     510

Sentyabrın 10-da baş verən tac kütlə atılması Yerdə sentyabrın 12-si günün ikinci yarısından başlayaraq 13-ü axşam saat 18:00 radələrinədək davam edən geomaqnit qasırğası yaradacaq.

Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından BiG.AZ-a verilən məlumata görə, bu tarixlərdə radiosiqnallarda, onların ötürülməsi və qəbulunda kəsilmələr müşahidə edilə bilər.

Hazırda geomaqnit sahə sakit və qeyri-stabildir. 10 sentyabr tarixində baş vermiş tac kütlə atılmasının təsiri Yerdə 12-13 sentyabr tarixlərində özünü göstərəcək.

Sentyabrın 12-si gecə geomaqnit qasırğanın səviyyəsi G1(mülayim), sentyabrın 13-ü səhər 08:00 radələrinədək G2 (orta), saat 20:00-dək G1 olacaq. Sonrakı müddətdə geomaqnit sahə sakit səviyyəyə qayıdacaq.