Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
Sentyabrın 14-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Demedia.az -a verilən məlumata görə, Abşeron yarımadasında sabit hava şəraiti gözlənilsə də, zəif şərq istiqamətli küləklərin üstünlüyü fonunda havada rütubətliliyin bir qədər çox olması gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.