Sabahın HAVASI



 15:00 18.09.2024     360

Sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Demedia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 22-26° isti olacaq. 

Sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.