Kredit faizləri ucuzlaşa bilərmi? – Ekspert



 09:33 06.05.2022     519

Mərkəzi Bankın uçot dərəcəsi 9,75%-dir. Bu isə Azərbaycanda kreditin yüksək faizlərlə verilməsinin ilkin səbəblərindən biridir. Əsas problem isə rəqabət mühitinin olmamasıdır.

Qazet.az xəbər verir ki, Azərbaycanda kredit faizlərinin azaldılması ehtimalı barədə açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, hazırda xarici bankların Azərbaycan bazarında olmaması faizlərin yüksək olmasına təsir edir:

“Hazırda xarici bankların ölkə bazarında birbaşa iştirak etməsində müəyyən problemlər var. Yerli və xarici banklar arasında rəqabət olmadığından, yerli banklar faizləri daha yüksək qoymaqda maraqlıdır. Buna görə istehlak və biznes kreditlərinin faizi düşmür”.