Azərbaycan Rusiyaya yumurta ixrac edəcək



 20:29 07.05.2022     462

Rusiyanın iri market şəbəkələri Azərbaycandan ildə 6-8 milyon ədəd yumurta idxalı üçün təklif göndəriblər.

Demedia.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri ilə Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri ilə keçirilən görüşdə bildirilib.

Vurğulanır ki, Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə sənədləşmə işlərinin sürətləndirilməsi istiqamətində işlər aparılır.

AZPROMO rəsmiləri bildiriblər ki, Azərbaycanın Dubayda Ticarət Evində yumurta istehsalçılarının mal təklifləri təqdim olunacaq: "Eyni zamanda yaxın vaxtlarda Qətərdə də Ticarət Evi açılacaq və onun imkanlarından da yumurta ixracı üçün istifadə ediləcək".