Müəllimlərin maaşları ilə bağlı RƏSMİ AÇIQLAMA



 22:16 30.01.2021     172

Ötən dövr ərzində müəllimlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində bir sıra ciddi addımlar atılıb.

Nexeber.az sfera.az-a istinadən xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Nazir bildirib ki, bir həftə bundan əvvəl əmək fəaliyyətinə başlayan və ondan sonrakı 3 il müddətində həmin və ya digər kənar rayonların təhsil müəssisələrində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə verilən kompensasiyanın məbləği təxminən 50 faiz artırılıb, 60 manatdan 90 manata qaldırılıb:
"Fevralın 5-dən isə daimiləşmə əmri olacaq. Həmin o kompensasiya artımı nəzərə alınmaqla müəllimlərə veriləcək".