Neft bahalaşdı
Dünya bazarlarında neftin qiyməti artıb. Bahalaşmanı dəstəkləyən əsas amillər kimi ABŞ dollarının digər valyutalara nisbətdə zəifləməsi və “Saudi Aramco”nun qiymətləri artması göstərilir.
Demedia.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin avqust fyuçersləri 0,6% bahalaşaraq 1 bareli 120,44 dollara satılıb. WTI neftinin iyul fyuçerslərinin qiyməti isə 0,63% artıb və 1 bareli 119,62 ABŞ dolları təşkil edib.
ABŞ dollarının məzənnəsi yapon yeninə nisbətdə 0,17%, avroya nisbətdə 0,1% düşüb. Dolların zəifləməsi xammal məhsullarını, o cümlədən nefti digər valyuta istifadəçiləri üçün daha əlçatan edir.
Bundan başqa, Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin Asiya üçün neftin buraxılış qiymətlərini artırması da qiymət artımına təsir edib. Belə ki, Asiya ölkələri üçün “Arab Light” markalı neftin qiyməti 2,1 dollar artırılıb.