Neftin qiyməti düşüb
Neftin qiyməti əvvəlki sessiyada artıqdan sonra bu gün düşməyə başlayıb.
Bu barədə Demedia.az birjaların məlumatlarına istinadən xəbər verir.
Qeyd edək ki, ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) maliyyə siyasətini sərtləşdirilməsinin bu ölkədə resessiyaya səbəb ola biləcəyi ilə bağlı narahatlıq var. Üstəlik, bu, neftə olan tələbatın azalması ilə nəticələnə bilər. Odur ki, bu amillər neft bazarının canlanmasına mane olur.
ICE London Fond Birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin 1 barelinin qiyməti 3,38 ABŞ dolları və ya 2,95% ucuzlaşaraq 111,27 dollar təşkil edib.
Nyu York Əmtəə Birjasında (NYMEX) isə WTI markalı neftin avqust fyuçerslərinin 1 barelinin qiyməti isə 105,94 dollardır. Bu, əvəllki göstərici ilə müqayisədə 3,58 dollar və ya 3,27% aşağıdır.