Neft cüzi bahalaşıb



 16:54 21.09.2022     373

Dünya birjalarında neftin qiyməti bu növ xammala təklifin mümkün azalması fonunda cüzi artıb.

Demedia.az xəbər verir ki, bunu birjaların məlumatları göstərir.

“Brent” markalı neftin noyabr fyuçersləri 0,18 % artaraq 1 bareli 92,06 ABŞ dollarına satılıb. WTI markalı neftin noyabr fyuçerslərinin qiyməti də 0,13% artaraq 1 bareli 84,05 ABŞ dolları təşkil edib.

Dünya bazarları “qara qızıl”a təklifin azalması perspektivlərini dəyərləndirir. İnvestorlar isə ilin sonunda qüvvəyə minəcək Aİ-nin Rusiya neftinə qarşı tətbiq etdiyi embarqonun qüvvəyə minməsindən narahatdırlar.