Neft ucuzlaşıb
Ticarət üçün təzə pul kütləsinin çatışmazlığı fonunda yaranmış turbulentlik şəraitində neftin qiyməti cüzi düşüb.
Demedia.az birjalara istinadən xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin dekabr fyuçersləri 0,31 % ucuzlaşaraq, 1 bareli 87,78 ABŞ dollarına satılıb. WTI neftinin noyabr fyuçerslərinin qiyməti 0,37 % düşüb və 1 bareli 81,85 ABŞ dolları təşkil edib.
Analitiklər neft bazarının volatil olduğunu qeyd edir və mümkün kəskin qiymət artımlarının bazarda pul çatışmazlığı ilə bağlı olduğunu vurğulayırlar.