KİV: Azərbaycanın təbii qazının Aİ bazarına çıxışı bütün tərəfdaşlara imkan yaradacaq
Avropa İttifaqı (Aİ) əmindir ki, boru kəmərinin genişləndirilməsi Azərbaycanın təbii qazının Aİ bazarına daha geniş çıxış əldə etməsi ilə bütün tərəfdaşlar üçün imkanlar yaranacaq”.
Demedia.az xəbər verir ki, “China Daily”yə istinadən xəbər verir ki, bu barədə Aİ rəsmilərindən biri bildirib.
“Aİ Ukraynada münaqişənin başlanmasından sonra, qitənin kövrək enerji təhlükəsizliyinin üzə çıxmasından bu günə kimi Rusiyanın enerji təchizatına alternativ tapmaq üçün səylə çalışır.
Əvvəllər Rusiya Aİ-nin qaza olan tələbatının təxminən 40 faizini təmin edirdi, lakin Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, cari ildə bu pay 10 faizdən də aşağı düşüb”, - mətbu orqan qeyd edib.
“İyul ayında Avropa Komissiyası Azərbaycanla bağlanmış sazişdə bu ölkənin təbii qazının idxalını 2027-ci ilə qədər iki dəfə artıraraq ildə ən azı 20 milyard kubmetrə çatdırmaq niyyətini ifadə edib, Azərbaycan isə bu il tədarükü 40 faiz artıraraq 11,2 milyard kubmetrə çatdırmağı öhdəsinə götürüb.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycanı etibarlı tərəfdaş adlandırıb, ölkənin bərpa olunan enerji sahəsində də böyük potensiala malik olduğunu və Aİ-nin onunla günəş və külək enerjisi sahəsində əməkdaşlıq etmək niyyətində olduğunu qeyd edib”, - mətbu orqan vurğulayıb.
Ötən il Trans-Adriatik Boru Kəməri (TAP) ilə İtaliya vasitəsilə Avropa ölkələrinə 8 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb ki, bu da Aİ-nin məlumatına görə, Cənub Qaz Dəhlizinin boru kəmərləri şəbəkəsinin yekun həlqəsidir.
“Financial Times” isə 2020-ci ildə İtaliyaya qaz nəqlinə başlayan Cənub Qaz Dəhlizi üçün tələb olunan ümumi investisiyanın təxminən 40 milyard dollar olduğunu bildirib.