Ərdoğan Balidə Putinlə görüşəcək



 15:20 04.11.2022     440

Balidə Türkiyə və Rusiya Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında görüş keçiriləcək.

Demedia.az  “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ərdoğan açıqlayıb.

Onun sözlərinə görə, görüş 13-14 noyabr tarixlərində Balidə keçiriləcək G20 sammiti çərçivəsində baş tutacaq.

Tərəflərin görüş zamanı taxıl tədarükü məsələsini müzakirə edəcəyi gözlənilir.

Xatırladaq ki, sammit çərçivəsində Ərdoğan amerikalı həmkarı Co Baydenlə də görüşəcək.