Türkiyəyə səfər edənlərin NƏZƏRİNƏ
“Azərbaycan və Türkiyə arasında baş tutacaq nota mübadiləsindən sonra, hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş vaxtı açıqlanacaq” .
Bunu Real TV-yə müsahibəsində Azərbaycanın Türkiyədəki Səfirliyinin konsulu Mürşüd Məmmədov deyib.
O qeyd edib ki, səyahət zamanı köhnə şəxsiyyət vəsiqələri etibarlı olmayacaq:
“Yəni, vətəndaşlar içərisində elektron daşıyıcısı olan şəxsiyyət vəsiqələri ilə səyahət edə biləcəklər. Proses hər iki ölkə vətəndaşlarının işini asanlaşdıracaq”.
Xatırladaq ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə” qanunu təsdiq edib.
Qanun Azərbaycan vətəndaşları üçün vizadan azad səyahət çərçivəsində Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə səyahət etməsini nəzərdə tutur.