Azərbaycan neftinin qiyməti 80 dollara düşdü



 11:32 08.12.2022     418

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,76 ABŞ dolları, yaxud 2,14 % azalaraq 80,33 ABŞ dolları təşkil edib.

Demedia.az xəbər verir ki, hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 77,85 ABŞ dollarına satılıb.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 85 ABŞ dollarından götürülüb.