Mərkəzi Bank uçot dərəcəsini artırdı
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25 faiz bəndi artırılaraq 6.25%-ə qaldırılıb.
Demedia.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, faiz dəhlizinin yuxarı həddi isə 9.25% səviyyəsində dəyişməz saxlanılıb:
“Faiz dəhlizinin eninin daraldılması qərarı 2022-ci ilin avqust ayında Mərkəzi Bankın İdarə Heyəti tərəfindən pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi ilə bağlı qabaqlayıcı açıqlamalara uyğun verilib”.