Qışda hansı qidanı qəbul etmək daha faydalıdır?
Mütəxəssislər qış aylarında ən faydalı ərzaqlardan söhbət açarkən qida rasionuna yarmaları, yarmalardan bişən sıyığa isə kərə yağı əlavə etməyi məsləhət görürlər. Məsələn, yulaf və ya arpa yarması yaxşı doyuzdurur və donmamağa kömək edir, kərə yağı isə orqanizmi immunitet üçün vacib olan D və A vitaminləri ilə təmin edir.
Demedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, qış aylarında qatı şorbalar da faydalıdır, bədəndə toxluq və qızışma hissi yaradır, bu zaman orqanizmi böyük kalori ilə yükləmir. Soyuq dövrlərdə yağlı dəniz balığı yemək də tövsiyə olunur. Bu ərzaq tərkibində ürək və damarlar üçün faydalı olan yağ turşuları ilə zəngindir, eləcə də orqanizmi D vitamini ilə təmin edir.
Digər faydalı ərzaqdan biri zülal, sellüloz, yağ turşuları, E vitamini, maqneziumla zəngin olan qoz-fındıqdır. Lakin kalori toplamamaqdan ötrü onlardan gündə bir ovucdan artıq (təxminən 30 qram) yemək məsləhət görülmür.