Azərbaycana qrip əleyhinə vaksinlər gətirilib



 11:52 20.01.2023     632

"Bu mövsüm üçün Azərbaycana qrip əleyhinə vaksinlər gətirilib".

Demedia.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, pandemiya dövründə yaşayan cəmiyyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulub, nəticədə mövsümi qriplər yayılıb.

"Buna hazırlıq olaraq ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəssisələrinə paylanıb".