Əməliyyat olmadan 15 günə 10 kq arıqla: Mədə balonu nədir, necə qoyulur? - ARAŞDIRMA/VİDEO
Artıq çəki və piylənmədən əziyyət çəkən, çəkisi 100-120 kq-dan çox olanlar üçün mədəkiçiltmə -bariatrik cərrahiyyə tövsiyə olunur. Bu zaman mədənin bir hissəsi götürülür.
Amma çəkisi 80-90 kq olanlar üçün bu əməliyyat risklidir və çox zaman olunmur.
Bəs bu çəkidə olanlar, dieta və idmanla arıqlamayanlar, sağlamlığı təhlükədə olanlar nə etsin?
Bu zaman müasir tibb mədə balonu prosedurunu təklif edir. Son zamanların ən uyğun variantlarından biridir.
Bu əməliyyat deyil, mədə rezeksiyaya məruz qalmır.
Demedia.az mədə balonu barədə geniş məlumatları təqdim edir.
Mədə balonu silikon və ya poliuretan maddədən olan, şişirilə bilən bir maddədir.
Onu xüsusi steril şəkildə incə bir ucluqla mədəyə endoskopik yerləşdirib, sonra steril maye vuraraq, balonu şişirdirlər. Balon orda qalaraq, mədənin bir hissəsini tutur.
Təsir mexanizmi mədədə sürəkli toxluq hissi yaradaraq, hər gün daha az yemək, naharda az qida qəbul etməyə səbəb olur. Nəticədə pasiyent getdikcə arıqlayır.
Bu metod 80-ci illərdən düşünülüb, elmi olaraq işlənib və getdikcə təkmilləşib.
Hazırda endoskopi və narkoz tələb olunmadan, pasiyentin sadəcə uda biləcəyi ölçüdə balonlar da icad edilib.
Mədə balonu nə qədər təsir edir?
Hansı forma mədə balonu seçilməsindən asılı olaraq balon mədədə 6-12 ay qala bilir.
Bu zaman ərzində həm qidalanma rejimi və miqdarı, həm də toxluq hissi dəyişir. İnsan dietaya alışır, arıqlayır və köklüyün stressindən çıxdıqdan sonra balonsuz da qidalanma vərdişlərinə davam edə bilir.
Əgər gələcəkdə yenidən çəkidə artım olarsa, bu əməliyyat təkrar oluna bildiyi üçün piylənmə-obezite müalicəsində üstünlüyü ilə seçilir.
Balonun növləri
Balonlar qoyulma metodu, mədədə qalma müddətinə görə çeşidlənir.
Sabit həcmli balonlar – ilk dəfə qoyulduqda 400-600 ml maye vurulub şişirdilir və həcmi sonradan dəyişilmir. Bu balonlar mədədə 6 ay qalır və sonra endoskopik çıxarılır.
Udula bilən mədə balonu – heç bir endoskopiya və anesteziyaya gərək yoxdur. Balon kiçik formada udulur, içəridə şişir və 4 ay sonra boşalır, yumşalır və bağırsaqla xaric olur.
Dəyişdirilə bilən balon - şişkinliyi mədənin, xəstənin ehtiyacına görə dəyişdirilir.
Əvvəlcə ilk yerləşmədə 400-500 ml maye vurulur, sonra çəki itirmə prosesi, sürəti, xəstənin istəyi və həkimin qərarına ısasın mayenin bir hissəsi endoskopik üsulla çıxarılır.
Prosedur necə keçir?
Pasiyent mədəsi boş halda gəlir, öncədən psixoloji, fizioloji hazırlaşdırılır.
Sedasiya, yüngül anesteziya altında balon sanki zondla mədə yoxlanması prosesində olduğu kimi, qastroenteroloq tərəfindən mədəyə yerləşdirilir
Pasiyent heç bir ağrı hiss etmir. Riski çox azdır, pasiyent özünü yuxudaymış kimi hiss edir. Prosedur cəmi 15 dəqiqə çəkir. Burda ümumi narkoz verilmir.
Kimlər mədə balonu edə bilər?
Bədən kütlə indeksi 27-dən yuxarı olanlar, 18-70 yaş arası hər kəs əgər mədəsində ciddi xora və ya şiş yoxdursa, balon qoydurla bilər. Heç bir əks göstərişi yoxdur.
Mədə balonu ilə arıqlama 15-ci gündən başlayır. 2-3 aya artıq ilk 3-5 kq itir.
Bu metodla 15 kq arıqlayan pasiyentlər var. Mədə balonu ilə itirilən çəkinin geri qayıtmaması üçün pasiyent həyat tərzi, qidalanma rejimi və miqdarına nəzarət etməlidir.
Əgər pasiyentin çəkisi 100-120 kq-ı keçibsə, ona digər əməliyyat və alternativ metodlar təklif olunur. Qərarı həkim və dietoloq verməlidir.
Türkiyə klinikalarında mədə balonu yerləşdirilməsi üzrə ən müasir forma və metodlara malik mərkəzlər və mütəxəssislər illərlə yetişib.
Bayraktar Sağlıq Turizmi Şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir. Digər turizm agentliklərindən fərqi:
1. Bu agentlik deyil və Türkiyə Cümhuriyyətinin təşviqi ilə yaranmış Şirkətdir.
2. Həm Bakıda, həm də Türkiyədə ofislərimizin olması, hər iki ölkədə xidməti yüksək səviyyədə təşkil etməyə imkan verir.
3. Digər agentliklər xəstələri yalnız müəyyən faiz aldıqları klinikalara və ya öz klinikalarına göndərə bilir. Bayraktar sağlıq turizmi Şirkəti isə İstanbulun istənilən poliklinik və ya Universal hospitallarında sizə büdcənizə uyğun təkliflər edir.
4. Əgər hansısa səbəbdən uçuşunuz təxirə salınarsa, bilet və hotel məsələləri sığortalanır.
5. Əməliyyat zamanı fors-major hallar sığortalanır.
6. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələr edərək, Türkiyədəki digər məsrəflər və vaxta qənaət edilir.
7. Agentlik və aracilara verilən faiz hesabına əməliyyat və müayinə qiymətlərinin süni artımı baş vermir, əksinə əlavə endirimlər alınır.
8. Bakı çıxışından, dönənədək Sizi müşayiət edəcək personal, maşın, pasientin digər məişət istəklərini həyata keçirir.
9. Əməliyyat sonrası müayinə Bakıda mümkün olarsa, test və müayinələri dünya standartlarına uyğun, Türkiyəyə getmədən Bakıda təşkil etmək vaxt itgisi və əlavə xərclərin qarşısını alır.
Artıq çəki və piylənmədən təhlükəsiz, əməliyyatsız xilas olmaq istəyən bütün pasiyentlər Bayraktar Sağlıq Turizmin müalicə paketlərindən istifadə edə bilər.
Əlaqə saxlamaq üçün telefon :
+994 70 - 988 -77- 07