Qızılcaya yoluxma kəskin artıb - ÜST-dən XƏBƏRDARLIQ
Hazırda Avropa regionunda qızılca xəstəliyinə yoluxma hallarının sayında kəskin artım müşahidə edilir.
Demedia.az xəbər verir ki, ÜST-ün Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, 2021-ci ildə əgər 159 qızılcaya yoluxma halı qeydə alınmışdırsa, 2022-ci ildə bu say 904-ə çatıb.
ÜST qızılca və digər peyvəndlə qarşısı alına bilən xəstəliklərin yayılmasını önləmək məqsədilə ölkələri uşaqlar da daxil olmaqla peyvənddən kənarda qalmış şəxslərin immunizasiya olunması üçün yerli tədbirləri gücləndirməyə çağırır.
Qızılca və bu kimi xəstəliklərin qarşısının alınmasında peyvəndlərin əhəmiyyəti ilə bağlı məlumatlanmaq üçün bu posterə nəzər yetirin. Sözügedən poster Avropa İttifaqının maliyyələşdirdiyi COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək layihəmiz çərçivəsində Azərbaycan dilinə tərcümə edilib.