Azərbaycanın ötən il “stop” qoyduğu dərmanların sayı açıqlandı
2020-ci ildə Azərbaycanda sertifikatı olmayan 59 adda 90 qutu dərman vasitəsi satışdan çıxarılıb.
Nexeber.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yazılıb.
Bildirilib ki, idxal üçün təqdim edilmiş 31 006 sayda dərman vasitəsinin analizi aparılıb, bunlardan 31 min ədədinə müsbət, altısına mənfi rəy verilib.
2020-ci il ərzində 1,3 minə yaxın dərman vasitəsi dövlət qeydiyyatına alınıb, 850 dərman vasitəsi qeydiyyat və qeydiyyat proseduruna, 1,5 mindən çox dərman vasitəsi ilkin ekspertizaya qəbul olunub.