Türkiyədə orqan nəqli: 10-dan çox orqan köçürürlər - Qiymətlər, şərtlər/VİDEO



 12:53 17.03.2023     798

Türkiyə Şərqdə ilk orqan nəqli edən ölkələrdən biri kimi tarixə düşdüyü üçün orada bizdən xeyli çox təcrübə və imkanlar var.

Türkiyədə demək olar, 90% özəl və dövlət klinikalarında orqan nəqli həyata keçirən mərkəzlər, Amerika və Avropada ixtisaslaşmış professor transplantoloqlar var.

Demedia.az Türkiyədə orqan nəqlinin şərtlərini təqdim edir.

Türkiyədə Azərbaycanda olunmayan orqanların nəqlləri həyata keçirilir. Bunlara mədəaltı vəz, ağciyər və ürək daxildir.

Eləcə də hər il yüzlərlə xəstəyə qaraciyər, böyrək, göz nəqli olunur.

Burada həm uşaqlara, həm böyüklərə, hətta yaşlı insanlara uğurla orqan nəqli edilir.

Türkiyənin bizdən bir daha fərqi meyitdən orqan köçürülməsidir. Buna görə orda canlı insandan olmayan orqan tapmaq mümkündür.

Türkiyədə uşaqlar üzrə xüsusi uzman transplantoloq cərrahlar yetişib.

Türkiyədə hansı orqanların nəqlini etmək olur?

Qaraciyər, böyrək, ürək, ağciyərlər (hətta 2 pay), mədəaltı vəz, nazik bağırsaq, sümük iliyi, kornea, sümük toxuması.

Eləcə də Türkiyədə dəri, ürək qapağı, sinirlər, damarlar da nəql oluna bilir. Sümük toxuma və tendon nəqli skelet griftləri adlanır.

Canlıdan donor olmaq üçün həmin insan xəstəyə 4-cü dərəcəyə qədər əqrəba-qohum olmalıdır.

Böyrək çatışmazlığı, qaraciyər, ürək yetməzliyi, ağciyər xərçəngi, iflası, mədəaltı vəz xərçəngi, nekrozu, sirroz, qan xərçəngi və s. xəstələr Türkiyədə seçilən klinikada ən üstün səviyyədə yoxlanılıb, əməliyyata hazırlanır və uğurla əməliyyat olunur.

Kimlərə nəql oluna bilər?

Ürək, qaraciyər, böyrək yetməzliyi, dializ xəstələri, qan xərçəngi, sümük iliyi problemi olanlara. Heç bir yaş fərqi yoxdur. Önəmlisi xəstənin ümumi bədən orqanizm sağlıq vəziyyəti və xroniki digər xəstəliklərinin hansı mərhələdə olmasıdır.

Hətta şəkər xəstələri, hepatit xəstələrinə də orqan köçürülə bilər.

Orqan nəqli multidistiplinar – yəni çox halda əməliyyat aparılacaq klinikada 4-5 həkimin birlikdə görüşüb, təhlil edib qərar verməsini tələb edir.

Bəzən deyilir ki, donor olan şəxsin orqanı köçürüləcək adamla uymalıdır. Amma bunun elə bir təsiri yoxdur. Burada əsas qan qrupu və immunoloji cavab testləri uyğun olmalıdır. Əgər uyğunsuzluq olarsa, çarpaz nəql sistemi seçilir.

Türkiyədə bu çox dəqiq qurulub. Yəni orqan gözləyən başqa bir cütlüyə, xəstəyə bu orqan təklif olunub, həmin qan qrupuna uyğun cütlükdən orqan alınır.

Orqan nəqli Türkiyə, İran və digər müsəlman ölkələrində Din üzrə rəsmi qurumlar tərəfindən caiz, yəni uyğun hesab edilib və dinə zidd olmadığı barədə fətva verilib.

Hətta sağlığında orqanlarını bağışlamaq da dinə zidd deyil və savab hesab edilir.

Çünki bir orqan bir həyat xilas edir.

Orqan nəqlinin uğurlu olması üçün həm donor, həm xəstə diqqətlə incələnməli, serotipləmə aparılmalı, eləcə də əməliyyat çox düzgün icra olunmalı, əməliyyatdan sonrakı dövr xəstə xüsusi nəzarətdə olmalı, immunsupresan dərmanlar istifadə etməlidir.

Orqanlar Türkiyədə yalnız könüllü, bağışlanma yolu ilə olur və qarşılığında heç bir maddi gəlir olmur. Yad insan xəstəyə orqan verə bilməz. Burda donor məsələsi ilə xüsusi komissiya məşğul olur.

O insan donor ola bilər ki, orqan qismən və ya bütünlüklə çıxarıldıqdan sonra həyatda qalacaq, bədənin digər orqan sistemləri fəsad görməyəcək, sağlıqlı şəkildə həyatına davam edəcək.

Canlı donorlar böyrək, qaraciyər payı, bir qisim ağciyər, incə bağırsaq hissəsi verə bilər.

Orqan nəqli dünyada ən çətin əməliyyatlardır. Təkrar olunma şansı azdır, çünki orqan tapılmır. Ona görə bu seçimi hər necə oldu etmək olmaz.

Türkiyədə hazırda orqan nəqli üzrə ən müasir avadanlıq, texnikalar, xəstəxanalar, dərmanlar və sistemlər, analizlər mövcuddur.

Bu klinikalar beynəlxalq qurumlara üzvdür və JCİ kimi yüksək akreditədən keçib.

Türkiyədə bütün Şərqdən çox sayda xəstələr əməliyyat olunur.

Və bu ölkədə orqan nəqli əməliyyatı İsrail, Avropa və Amerikadan qat-qat ucuzdur. Orqandan asılı olaraq qiymətlər 5000-50 min dollar arasıdır. Bu qiymətə hər şey, 1 ay öncədən hazırlıq və 1 ay orda qalmaq daxildir.

Statistikaya və hesabata görə Türkiyədə bütün orqanlar üzrə nəql əməliyyatları 94% uğurla nəticələnir.

Orada hətta 5-6 aylıq uşaqlar da, 80 yaşlı ahıllar da əməliyyat edilə bilir.

Xüsusən qaraciyər, mədəaltı vəz, böyrək, ağciyər xərçənginin ən erkən mərhələsində metastaz vermədən təcili orqan nəqlinə başlamaq olar.

Orqan nəqli üçün birbaşa müraciət üçün Türkiyədə aylarla növbə gözləyə bilərsiz.

Əgər siz qısa müddətdə lazımi həkimi tapıb, donorunuz varsa, Türkiyədə yoxlanıb, uyğun olun-olmadığınızı bilmək istəyirsizsə və ya Türkiyədə ən qısa, sərfəli yolla bu əməliyyatlar barədə məlumat almaq istəyirsizsə, Bayraktar Sağlıq Turizm şirkətinin Bakı ofisinə müraciət edə bilərsiniz.

Bayraktar Sağlıq Turizmi Şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir. Artıq şirkətin rəsmi ofisi Bakıdadır.

Digər turizm agentliklərindən fərqi:

1. Bu agentlik deyil və Türkiyə Cümhuriyyətinin təşviqi ilə yaranmış şirkətdir.

2. Həm Bakıda, həm də Türkiyədə ofislərin olması, hər iki ölkədə xidməti yüksək səviyyədə təşkil etməyə imkan verir.

3. Digər agentliklər xəstələri yalnız müəyyən faiz aldıqları klinikalara və ya öz klinikalarına göndərə bilir. Bayraktar Sağlıq Turizmi Şirkəti isə İstanbulun istənilən poliklinik və ya Universal hospitallarında sizə büdcənizə uyğun təkliflər edir.

4. Əgər hansısa səbəbdən uçuşunuz təxirə salınarsa, bilet və hotel məsələləri sığortalanır.

5. Əməliyyat zamanı fors-major hallar sığortalanır.

6. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələr edərək, Türkiyədəki digər məsrəflər və vaxta qənaət edilir.

7. Agentlik və aracılara verilən faiz hesabına əməliyyat və müayinə qiymətlərinin süni artımı baş vermir, əksinə əlavə endirimlər alınır.

8. Bakı çıxışından, dönənədək Sizi müşayiət edəcək personal, maşın, pasientin digər məişət istəklərini həyata keçirir.

9. Əməliyyat sonrası müayinə Bakıda mümkün olarsa, test və müayinələri dünya standartlarına uyğun, Türkiyəyə getmədən Bakıda təşkil etmək vaxt itkisi və əlavə xərclərin qarşısını alır.

Artıq çəki və piylənmədən təhlükəsiz, əməliyyatsız xilas olmaq istəyən bütün pasiyentlər Bayraktar Sağlıq Turizmin müalicə paketlərindən istifadə edə bilər.

Əlaqə saxlamaq üçün telefon :

+994 70 - 988 -77- 07

[email protected]