Beyin şişləri: Yeni effektiv müalicələr - Türkiyədə nə vəd edirlər?/VİDEO



 15:31 23.03.2023     1029

Beyin şişləri ilk başda çox əlamət verməyən, uşaqlarda belə görülə bilən, kəllə çevrəsi xaricindəki toxumalara sıçrayıb böyüyən bir şişdir.

Bu günə qədər beyində bir şişin dəqiq yaranma səbəbi tapılmayıb.Son 10 ildə radiasiya yükünün və genetik zədələnmələrin sayı artdığı üçün beyin xərçəngi sayı artıb.

Demedia.az Türkiyədə son 5 ildə inkişaf etmiş, ən son beyin şişi müalicə növlərini araşdırıb.

Beyində şiş olmasının əlamətləri:

- Kəllə tası içində basqı hissi

- Güclü baş ağrıları

- Bulantı, qusma

- Gözdə iki görmə

- Əl-ayaqda zəiflik

- Eşitmə, danışma, görmədə itki

- Yaddaşda problem

- Qıcolmalar

- Boyun limfalarında şişkinlik

Beyin şişləri MRT və KT vasitəsilə dəqiq qoyulur.

Hazırda beyin şişləri üzrə 3 metod istifadə edilir: əməliyyat, radiasiya-şüa və dərman.

Amma şişin ölçüsündən asılı olaraq, mütləq şiş cərrahi əməliyyatla alınmalıdır.

Yeni müalicə metodlarından bir neçəsi Türkiyədə icra edilir.

Stereotaktiki radiocərrahiyyə - şişin olduğu hissəyə yüksək dozada, yalnız şişə yönəlmiş radiasiya verilir. Kobalt və ya lineardan çıxan foton işıqları ilə şiş daxildən isidilir.

Gen terapiyası – virusla yüklənən xüsusi gen şişin içinə inteksiya ilə yeridilir. Və bu virus xərçəng hüceyrələrini yeyir və sonra antiviral dərmanlarla hüceyrələr öldürülür.

Bu metodların proqnozu:

- Şişin növünə, dərəcəsinə baxılır

- Xəstəliyin müddəti, xəstənin yaşı

- Şişin beyində hansı hissədə yerləşməsi

- Metastaz verib-verməməsi

- Əməliyyatla təmiz götürülə bilərmi

Proqnoz xəstədən xəstəyə dəyişir, uğurlu olarsa, şişdən tam qurtulma mümkündür.

Beyin şişi nə qədər yeni, kiçik ölçülü olarsa, total olaraq çıxarılır. Əgər şiş kiçik olsa da həyati vacib yerdə, çıxarılarsa, xəstənin ölümü və ya əlil olmasına səbəb olacaqsa, yarısı, bir qismi çıxarılır və ya tam şüa, radioterapiya ilə kiçildilməsinə çalışılır.

Əməliyyatdan öncə:

Yeniliklərdən biri də USM istifadə edilərək, şişin yeri, sərhədləri, sinirlərə basqısı dəqiqləşdirilir. Bu zaman beyinə az zərər verərək mümkün olduğu qədər çox şiş çıxarılır.

Neyromonitorizasiya - əməıliyyat zamanı beynin müxtəlif funksiyalarını, üz, əl-ayaq iflici, vestibulyar pozulmadan qorumaq üçün beyindən gələn siqnalları qeyd edir və cərraha imkan verir ki, əməliyyat içində ani vəziyyəti dəyərləndirsin.

Neyronaviqasiya – şişdən biopsi alınmasında, şişin çıxarılmasında, dərin yerləşən şiş və uclarının çıxarılmasında 3 ölçülü böyütmə verir. Bu ən üst kompüter texnologoyasıdır. Bu əməliyyatda sağlam toxumaya dəyə biləcək zərər önlənir.

İntraoperativ Florensan metodu – bu zaman damardan verilən rəngli dərmanla şiş toxuması və ətrafı rənglənir və mikroskopik görüntüləmə ilə şişi izləyib çıxarırlar.

Bu metodun sayəsində normal əməliyyatxana işığında beyin toxumasından sərhədləri güclə ayrlan şişlər asan görünür.

Radiocərrahiyyə və radioterapiya – Şiş hüceyrələrini məhv etmək üçün X işıqları kimi yüksək istilikli enerji istifadə olunur.

Türkiyədə bu 2 metodla olunur: bədəndən kənarda cihazdan işıq göndərilir və nadir halda bədənin içinə şişə yaxın bir radiasiya cihazı yerləşdirilir.

Türkiyədə ən son model cihazlar istifadə olunur ki, bu zaman radiasiya yalnız şişə təsir edir, ətraf normal toxumaya hem toxunmur. Radiasiya beyinə zərər verəcək qədər güclü deyil, ancaq şişdə birləşdiyi nöqtədə şiş hüceyrələrini öldürəcək qədər yüksək dozadadır.

Bu metod digər orqanlardan beyinə metastaz vermiş və yayılmış çox sayda şişi də müalicə etmək üçün istifadə olunur.

Kimyaterapiya

Xüsusi kimyəvi xərçəng dərmanları ilə şiş hüceyrələrini öldürməkdir.

Həbb şəklində ağızdan və ya venadan inyeksiya ilə olunur.

Hazırda 5 il əvvəlkindən çox fərqli, daha az yan təsiri olan, hətta saçları tökməyən növlər var.

Düzgün müalicə olunduqda və başqa orqandan qaynaqlanmırsa, şiş təmiz götürülərsə statistik olaraq ömür proqnozu 3-5 ildir. Amma beyin şişi götürülüb, 10 -15 il yaşayan və uzun müddət residiv verməyən xəstələr də çoxdur.

Əgər beyin şişləri üzrə birbaşa ilk nərhələdən Türkiyədə müalicə və əməliyyat istəyirsizsə, çox yubatmadan Bayraktar Sağlıq Turizm şirkətinin Bakı ofisinə müraciət edə bilərsiniz.

Onlar Türkiyədə məhz beyin onkologiyası üzrəən yaxşı cərrah və uzmanların kim olduğunu bilir.

Bayraktar Sağlıq Turizmi Şirkəti Azərbaycan vətəndaşlarının Türkiyədə müayinə, müalicə və əməliyyatlarını həyata keçirir. Artıq şirkətin rəsmi ofisi Bakıdadır.

Digər turizm agentliklərindən fərqi:

1. Bu agentlik deyil və Türkiyə Cümhuriyyətinin təşviqi ilə yaranmış şirkətdir.

2. Həm Bakıda, həm də Türkiyədə ofislərin olması, hər iki ölkədə xidməti yüksək səviyyədə təşkil etməyə imkan verir.

3. Digər agentliklər xəstələri yalnız müəyyən faiz aldıqları klinikalara və ya öz klinikalarına göndərə bilir. Bayraktar Sağlıq Turizmi Şirkəti isə İstanbulun istənilən poliklinik və ya Universal hospitallarında sizə büdcənizə uyğun təkliflər edir.

4. Əgər hansısa səbəbdən uçuşunuz təxirə salınarsa, bilet və hotel məsələləri sığortalanır.

5. Əməliyyat zamanı fors-major hallar sığortalanır.

6. Azərbaycanda dünya standartlarının qəbul etdiyi testlər və müayinələr edərək, Türkiyədəki digər məsrəflər və vaxta qənaət edilir.

7. Agentlik və aracılara verilən faiz hesabına əməliyyat və müayinə qiymətlərinin süni artımı baş vermir, əksinə əlavə endirimlər alınır.

8. Bakı çıxışından, dönənədək Sizi müşayiət edəcək personal, maşın, pasientin digər məişət istəklərini həyata keçirir.

9. Əməliyyat sonrası müayinə Bakıda mümkün olarsa, test və müayinələri dünya standartlarına uyğun, Türkiyəyə getmədən Bakıda təşkil etmək vaxt itkisi və əlavə xərclərin qarşısını alır.

Artıq çəki və piylənmədən təhlükəsiz, əməliyyatsız xilas olmaq istəyən bütün pasiyentlər Bayraktar Sağlıq Turizmin müalicə paketlərindən istifadə edə bilər.

Əlaqə saxlamaq üçün telefon :

+994 70 - 988 -77- 07

[email protected]