Yer fındığı əzməsi çəkini azaltmağa da kömək edir



 21:46 15.05.2021     519

Yer fındığı qədər əzməsi də sağlamlıq üçün olduqca faydalıdır.

Nexeber.az Axşam.az-a istinadən xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, yer fındığı əzməsi çəkini azaltmağa da kömək edir.

Bəzi insanlar yer fındığı və digər çərəzlərin əksinə olaraq onları kökəltdiyini düşünür. Buna səbəb sözügedən qidaların insanda toxluq hissi yaratmasıdır. Aparılan tədqiqatlar zamanı fındıq, yer fındığı və badamın insan orqanizimində piylənmə riskini azaltdığı aşkarlanıb. Yer fındığı yüksək protein yağ və lifli maddələrlə zəngin olduğundan daha çox idmançılar ondan istiafdə edir.

Keçmişdə yer fındığı əzməsi sağlamlığa zərərli qida növü kimi qəbul edilirdi. Son zamanlar isə insanda toxluq hissi yaradan və yüksək kalori bəxş edən qida vasitəsi kimi təqdim edilir. 

Ümumiyyətlə, yer fındığı və digər çərəzlər ürək-damar sistemi və müxtəlif növ şəkər xəstəliklərinin qarşısını almaqda əhmiyyətli rola malikdir. Yer fındığı əzməsində yağlar və proteinin yüksək olmasına baxmayaraq, karbohidrat səviyyəsi çox aşağıdır.