Boyunda duzlaşmanın TƏBİİ VASİTƏLƏRLƏ müalicəsi
Boyun osteoxondrozu (el arasında "duzlaşma") çox yayılmış pozulmadır. Boyun osteoxondrozu zamanı boyunda ağrılar, keyimə hissi, başgicəllənməsi, baş ağrıları kimi simptomlar meydana çıxır.
Nexeber.az saglamolun.com-a istinadən bildirir ki, boyun osteoxondrozu zamanı bəzi xalq təbabəti vasitələri çox yaxşı kömək edir.
- Bal kompresi. Pambıq parçaya bal çəkin, boyun nahiyəsinə qoyun, üzərini sellofan plyonka, sonra yun şərflə bağlayın və bu kompreslə yatın.
- 3-4 sm olan zəncəfil kökü sürtgəcdən keçirilir, 4 diş sarımsaq sarımsağəzənlə əzilir, qarışdırılır. Kütləyə eyni miqdarda vazelin əlavə olunur, yaxşı qarışdırılır, pambıq parçaya çəkilir, boyun nahiyəsinə qoyulur.
- 300 qr iynəyarpağı blenderdə əzilir, bir az kamfora yağı əlavə olunur. Yuxarıda göstərildiyi kimi kompres şəklində istifadə olunur.
Bütün bu vasitələr boyun osteoxondrozu zamanı ağrısızlaşdıran və iltihabəleyhinə təsir göstərir.