Bu içki kişini qadına çevirir



 18:49 20.05.2021     806

Rusiyalı həkim Aleksey Kovalkov bildirib ki, pivənin müntəzəm istehlakı kişi orqanizmini dəyişir və onu qadın orqanizminə bənzətməyə başlayır.

Nexeber.az saglamolun.az-a istinadən bildirir ki, pivənin tərkibində olan maddələr kişi orqanizmində testosteronun ifrazını azaldır və əksinə qadın hormonlarının (estrogenlər) ifrazını artırır. Məsələ burasındadır ki, kişi orqanizmində çox az miqdarda olsa da qadın hormonları sintez olunur və bu hormonlar kişinin sağlamlığında vacib rol oynayır. Məsələn, beyinin fəaliyyətinə, qanda şəkərin səviyyəsinə təsir edir, sümükləri daha möhkəm edir, prostat vəzi xəstəliklərindən və o cümlədən prostat vəzi xərçəngindən qoruyur və s. Lakin kişi orqanizmində qadın hormonlarının ifrazı artanda bu hormonal və s. pozulmalara səbəb olur. Yeri gəlmişkən qadın orqanizmində də az miqdarda əsas kişi hormonu olan testosteron sintez olunur.  

"Pivənin tərkibində fitoestrogenlər (hormonabənzər maddələr - red.) var. Onların təsirindən testosteronun səviyyəsi azalır, sonsuzluq, impotensiya inkişaf edə bilər. Bu səbəbdən bütün diyetoloqlar kişilərə qəti şəkildə pivə içməyi  tövsiyə etmirlər", - Kpvalkov bildirib.

Həmçinin həkim qeyd edib ki, burada pivənin miqdarı - bir və ya 10 butulka rol oynamır. Əsas təhlükə bu içkinin müntəzəm qəbulundadır.