İtlərin yaydığı yeni koronavirus təhlükəsi
ABŞ və Malayziyadan olan alimlər itlərdən insana keçən koronavirus aşkar ediblər.
“RİA Novosti” məlumat verir ki, koronavirusun bu növünə əvvəllər rast gəlinməyib.
2018-ci ildə alimlər Malayziyada sətəlcəmdən müalicə alan 300-dən çox xəstənin burnundan yaxma götürərək analiz ediblər.
Onların yeddisi uşaq olmaqla, səkkizində əvvəllər aşkarlanmamış koronavirus tapılıb.
Alimlər onu CCoV-HuPn-2018 adlandırıblar.
Yayımlanmış tədqiqatda qeyd edilir ki, əvvəllər yalnız itlərə yoluxan CCoV-HuPn-2018 insanlara keçməyə başlayıb.
Virusun insandan insana keçə biləcəyi və insan immunitetinin bunun öhdəsindən necə gələcəyi hələ məlum deyil.
Əgər epidemioloji tədqiqatlar təsdiq edilsə, bu artıq insanların xəstələnməsinə səbəb olan səkkizinci koronavirus olcaq.