Bu peyvəndi qəbul edənlərə pis xəbər - Siyahıya daxil edilmədi
Çinin "KoronaVak" peyvəndi olunan zəvvarlar Həcc ziyarətinə buraxılmayacaq.
Nexeber.az metbuat.az-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı hökumətinin belə qərar qəbul etdiyi iddia edilir. Məlumata görə, zəvvarlar üçün tətbiq edilən peyvənd siyahısında "KoronaVak" peyvəndinin adı yer almayıb. "KoronaVak" peyvəndindən istifadə edən bəzi müsəlman ölkələri siyahıda dəyişiklik edilməsi üçün krallığa müraciət edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı Həcc ziyarəti üçün bu il 60 min yer ayırıb. Xarici ölkələrdən 45 min zəvvar qəbul ediləcək. 15 min yer isə krallıqdakı zəvvarlar üçün ayrılıb.