Soğanın iyindən necə xilas olmaq olar?
Soğanın faydaları olduqca çoxdur.
Amma soğanın faydalarının qarşısını soğan yedikdən sonra ağızdan gələn iy alır. İyə görə çox insan soğanın faydalarından mərhumdur.
Bəs soğanı necə yemək lazımdırki həm faydalı olsun, həm də ağızdan iy gəlməsin?
Çox sadə. Deməli, dənələnmiş ve ya adi narı sıxıb şirəsini çıxarın, soğanı soyub kiçikdirse bütöv, böyükdürsə ortadan bölüb nar şirəsinin içinə atın, 2-3 gündən sonra nar şirəsindəki soğanı yemək olar. Bu həm çox dadlı olur, həm də ağızdan iy gəlmir, soğanın faydaları isə olduğu kimi qalır.