Gül kələminin faydası
Gül kələm qövsümünün sevimli tərəvəzlərindəndir. Özünəməxsus qoxusu və ləzzəti ilə yeməklərdən əlavə, turşusu, salatı, soyutması, qızartması və kotleti ilə də sevilir.
ış mOktyabrdan etibarən marketlərin vitrinlərində və bazar piştaxtalarında görünməsi qışın gəlişinin müjdəsi sayılır. Dünya mətbəxində gül kələmindən bişirilən yeməklər estetik görünüşü ilə fərqlənir. Qıymalı gül kələm yeməyi, gül kələm şorbası, sobada beşamel sousu ilə bişirilən gül kələm bunlara misaldır. Qida dəyəri yüksək, liflə zəngin tərəvəz antioksidant mənbəyidir. Başda bağırsaq xərçəngi olmaqla, qastrit, mədə xorası kimi bir çox xəstəliklərin önlənməsində faydalıdır. Sidik yolları infeksiyalarının müalicəsində isə orqanizmin dəstəkləyicisi kimi çıxış edir. Vətəni Aralıq dənizinin şərq sahilləri olan gül kələm kələmkimilər fəsiləsinə aiddir. Çiçəkləri növünə görə, çəhrayı, ağ, açıq-bənövşəyi, sarı rəngdə olur. Xüsusi aroması və insan orqanizminə faydası ilə məşhurluğunun tarixi çox qədimdir. Ölkəmizdə də becərilən gül kələminin dünya qida sektorunda ən geniş yayılmış növləri bunlardır: “Fremont F1”, “Barkha F1”, “Baldo F1”, “Arizona F1” və “Amiata F1”. Gül kələm kalori dəyəri aşağı olan bitkilərdəndir. 100 qram gül kələmində 27 kalori və 5,2 qram karbohidrat var. Protein baxımından digər tərəvəzlərə nisbətən zəngindir: 100 qram gül kələmdə 2,7 qram protein mövcuddur. 100 qramında 1 qram lif olan gül kələm vitamin qaynağıdır. Tərkibində A, B1, B2, B3, K və C vitaminləri var. Bundan əlavə, fosfor, fol turşusu, kalsium, maqnezium, dəmir, kalium, kükürd və Omeqa-3 yağ turşuları ilə də zəngindir. Gül kələminin faydaları bunlardır: -Ürək xəstəlikləri riskini azaldır; -Cinsi aktivliyi artırır; -Qanda şəkərin səviyyəsini nizamlayır; -Qaraciyərin öz vəzifələrini yerinə yetirməsinə kömək edir; -Liflə zəngin olmasına görə, bağırsaqların hərəkətliliyini nizamlayır, qəbizliyin və həzmsizliyin qarşısını alır; -Detoks effekti yaradır: toksinlərin orqanizmdən xaric edilməsində hünərlidir; -Beyin funksiyalarının inkişafını dəstəkləyir; -Alzeymerə qarşı qoruyur; -Sağlam sümük inkişafını dəstəkləyir: revmatizm və oynaq ağrılarının aradan qalxmasına kömək edir; Gül kələm məhlulu arıqladırmı? Gül kələm məhlulu 250-300 qram tərəvəzlə 750 ml suyun qaynadılması ilə əldə edilən qarışımdır. Hər gün təzə-təzə qəbul edilsə, yaxşıdır. Məhlul antioksidant tərkibi sayəsində metabolizmanın sürətlənməsini təmin edərək arıqlamağa kömək edir. Xronikləşən sidik yolları infeksiyalarının müalicəsində, həmçinin, xərçəngli hüceyrələrin yayılmasının qarşısını almaq məqsədilə də gül kələm məhlulu içilməsi tövsiyə edilir. Gül kələm pəhrizi necə həyata keçirilir? Bayaq dediyim kimi, gül kələmin kalori dəyəri aşağıdır. Bu xüsusiyyətindən dolayı gül kələm pəhriz siyahılarında ən çox üz tutulan tərəvəzlər arasında yer alır. 1 kiçik gül kələm iri hissələrə bölünür, 15 dəqiqə soyuq suda saxlanır. Soyuq sudan çıxarılan gül kələmlər qazana atılır, soyutma bişirilir, üzərinə sarımsaq-qatıq əlavə edilərək yeyilir. Bu yemək kalori baxımından zəifdir. Əsas öynələrdə yeməkdən əvvəl 1 boşqab yeyilsə, doyumluluq yaradır. Beləcə, əsas öynədə çox az miqdarda yemək yeyilir ki, bu da arıqlamağa kömək edir. Gül kələm pəhrizi ilə arıqlayanlar təkrar kökəlməmək istəyirlərsə, ayda bir neçə dəfə bu üsulu tətbiq etməlidirlər. Gül kələm ilə yemək hazırlamaq üçün tərəvəzi yuyun, təmizləyin, arıtlayın. Bu arada, qeyd edim ki, gül kələmin yarpağı da yeyilir. Bəli, bu gözəl rəngli yarpaqları istədiyiniz yeməyə və ya salata əlavə edə bilərsiniz. Gül kələmində qəhvəyi ləkələr varsa, həmin yerləri kəsib atın. İçində qurd olmaq ehtimalını nəzərə alaraq bişirməzdən əvvəl 15 dəqiqə duzlu və ya sirkəli suda saxlayın. Yeməyin rənginin daha ağ olmasını istəyirsinizsə, soyutma bişirəndə içinə 1-2 dilim limon da ata bilərsiniz. Gül kələm qış tərəvəzidir. Lakin elə olur ki, gül kələmini alırsınız, həmən bişirmək imkanı olmur. Bu zaman tərəvəzi kağız və ya plastik torbaya qoyaraq soyuducuda 1 həftə saxlaya bilərsiniz. Əgər təmizləyib, arıtlayıb sonra saxlamaq istəyirsiniszə, bilməlisiniz ki, bıçaq dəymiş tərəvəz, uzağı, 2 gün qalacaq. Sonra xarab olmağa başlayacaq. Bütün bitkilər kimi, gül kələmin də normadan artıq qəbulu problem yaradır. Xüsusilə, kron xəstəliyi olanlar və ya podaqradan əziyyət çəkənlər gül kələmlə ehtiyatlı olmalıdırlar. Bəzi orqanizmlər bu tərəvəzə qarşı allergik reaksiya göstərə bilirlər. Tiroid vəzi ilə bağlı problem yaşayanlar isə gül kələmini yeməzdən əvvəl həkim məsləhəti almalıdırlar.
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.