“Öldürən konservlər” - Ümumdünya Səhiyyə Təşkilatı xəbərdarlıq etdi



 18:33 11.11.2023     398

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Fransadakı yerli ictimai səhiyyə orqanlarının bir ölüm də daxil olmaqla, bir qrup "botulizm" şübhəsi halı barədə məlumat verdiyini açıqlayıb.

Demedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransa Milli İHR Əlaqələndirici Mərkəzi 15 botulizm hadisəsi barədə ÜST-yə məlumat verib.
Botulizm son dərəcə təhlükəli və hətta ölümcül qida zəhərlənməsi kimi müəyyən edilir. Mütəxəssislərin qiymətləndirməsinə görə, evdə və ya uyğun olmayan mühitlərdə hazırlanmış konservlərdən istifadə edənlər botulizm riski altındadır.

Maraqlıdır ki, 15 hadisədən 14-ü Fransada olan 6 xarici vətəndaşlar arasında qeydə alınıb. Bu ölkələrə Kanada, Almaniya, Yunanıstan, İrlandiya, İngiltərə və ABŞ daxildir. Müəyyən edilib ki, şübhəli bilinən şəxslərin hamısı 1 həftə ərzində eyni məhsulu yeyiblər. Epidemioloji tədqiqatlar göstərib ki, infeksiya mənbəyi evdə hazırlanmış konservləşdirilmiş sardinaların istehlakıdır.