Hər gün 2 Stəkan İçin - Aptekdən Ağrıkəsici Almayacaqsız!


Zəncəfil. Xüsusilə, ürəkbulanma və mədə narahatlıqları zamanı müsbət təsir edir. Eyni zamanda, möhtəşəm ağrıkəsicidir.
Ağır idman məşqlərindən sonrakı əzələ ağrılarının, qadınlarda aybaşı sancılarının öhdəsindən gəlmək üçün zəncəfil çayı, yaxud zəncəfil tozu qatılmış ilıq su içmək effektivdir. Bir araşdırma zamanı zəncəfilin ibuprofen qədər təsirli olduğu aşkarlanıb; Nanə. Nanə yağı həssas bağırsaq sindromu zamanı yaranan ağrıları, qaz və köp kimi narahatlıqları aradan qaldırır. Nanə çayı mədənin dostudur. Ürəkbulanma və qusma zamanı nanədən hazırlanan məhlul sayəsində bu simptomları aradan qaldırmaq mümkündür. 1 xörək qaşığı nanə yarpağını 1 stəkan qaynar suya əlavə edin və ağzını örtərək 20 dəqiqə dəmlənməsini gözləyin. Məhlulu ilıq halda gündə 3 dəfə için. Qeyd edim ki, məhlul mədə yanması və qıcıqlanması zamanı da köməyinizə çatacaq. Qırmızı bibər. Bibərə acılıq verən kapsaisin maddəsidir. Ağrıkəsici vasitələrdə də kapsaisin vardır. Bibər orqanizmdəki daxili iltihablanmanı azaldır. Acı dad isə beyindən endorfin ifraz edilməsini tələb edir ki, nəticədə ağrı təhdidləri azalır; Zeytun yağı. Tərkibindəki oleokantal (oleochantal) ibuprofen qədər təsirli ağrıkəsicidir. Lubricin adlı kimyəvi maddə isə qığırdaqları və oynaqları qoruyur. Osteoartritdən əziyyət çəkənlər üçün də zeytun yağı faydalıdır. Amma burada bir məqama diqqət etməlisiniz: zeytun yağı 4100C istilikdə faydalılığını itirir; Gilas. Antioksidantlarla zəngin olan gilasda iltihab əleyhinə çıxış edən kimyəvi maddələr də var. Əzələ ağrıları zamanı orqanizmin köməyinə çatır; Sarıkök. Müntəzəm şəkildə və normaya uyğun qəbul edilən sarıkök revmatoid artrit və osteoartrit zamanı ağrıları azaldır, xəstənin hərəkətliliyini artırır. Ədva buna tərkibindəki kurkumin sayəsində nail olur. Qara istiot sarıkökün orqanizm tərəfindən mənimsənilməsini sürətləndirir. Buna görə də, yeməklərə hər iki ədvanı birgə əlavə edin; Somon balığı. Somon balığı Omeqa-3 mənbəyidir. İltihab əleyhinə təsirə malik Omeqa-3 yağ turşuları, sadəcə, ürək xəstəliyindən əziyyət çəkənlər üçün deyil, revmatoid artrit xəstələri üçün də faydalıdır. Tilapiya və naxakimilər Omeqa-6 ilə zəngindir. Omeqa-6 yağ turşularının mövcud iltihablanmanı artırdığı məlumdur. Bir sözlə, balıq bazarında somon axtarın; Balqabaq tumu. Maqnezium deposu olan bu tumlar miqren ağrılarının qarşısını almaqda mahirdir. Osteoporozun əmələ gəlməsinə mane olur, varsa, müalicəvi təsir edir. Amma bir şeyi qeyd edim ki, gecə tutan spazmlar zamanı balqabaq tumu effektiv olmayacaq. Bu zaman maqnezium mənbəyi olan digər qidalara-badam, qoz, yaşıl tərəvəzlər və paxlalılara üz tutmağınız yaxşı olar; Qaragilə. İltihabı və ağrını aradan qaldıran fitokimyəvilərlə zəngin giləmeyvə mövsümündə daha çox qəbul edilməlidir. Amma dondurulmuş halda ilin istənilən fəslində qəbul edilməsi labüddür. Çiyələk və portağal da antioksidantlarla, polifenollarla zəngindirlər. Buna görə də, ağrıkəsici kimi çıxış edə bilirlər; Qara üzüm. Resveratrol adlı antioksidantla zəngin olan qara üzüm bel ağrıları zamanı köməyə çatır. Onurğa disklərindəki iltihablanmanı yox etmək qabiliyyətinə də malikdir; Qidalanma həyati əhəmiyyətli vərdişdir. Sağlam qidalanmaq isə həyatı sağlam yaşamağın əlifbasıdır. Çalışın, bütün qidalardan dadın, amma qədərində və düzgün şəkildə... Sağ olun, sağlam qalın!
Demedia.az "Demədi Demə" "Youtube" kanalında mövzu ilə bağlı paylaşılan həmin videonu təqdim edir. Ətraflı məlumat üçün videonu izləyə bilərsiniz.
Bahadur Seyidov