Eyni anda həm qripə, həm də koronovirusa yoluxanlar xəstəliyi necə keçirir? AÇIQLAMA



 14:53 13.02.2022     273

Son vaxtlar koronavirusla yanaşı qrip xəstəliyinin də geniş yayıldığına şahidlik edirik. Xüsusilə qripə yoluxan şəxslər bu xəstəliyi əvvəlki dövrlərə nisbətən daha ağır keçirdiyini bildirir və bunu müxtəlif səbəblərlə əlaqələndirirlər.

Qripə yoluxanlarının sürətlə artmasına və ağırlaşmalara səbəb nə ola bilər? Qrip və koronavirus bədəndə eyni anda mövcud olub, ağırlaşmaya səbəb ola bilərmi?

Məsələ ilə bağlı danışan infeksionist Nicat Əzimli qripə yoluxan insanlarda da ağırlaşmaların ola biləcəyini deyib. Mütəxəssis buna səbəb olan faktorlardan danışıb:

"Bəzi şəxslər koronavirusa yoluxduqları halda, bunu qəbullanmır və özünü qrip adlandırır. Lakin qrip də müəyyən hallarda ağırlaşmalara gətirib çıxarır. Belə ki, orqanizm zəifdirsə, xəstəlik müddətində ağırlaşma halları yaşana bilir. Koronavirusda yanaşı xəstəliklər, yaşın çox olması, artıq çəki və digər problemlər ağırlaşmalara səbəb ola bilirsə, digər infeksion xəstəliklərdə də müxtəlif səbəblər ağırlaşma yaradır. Qrip xəstəliyi üçün də bu xarakterik haldır".

İnfeksionist koronavirusa və qripə eyni anda yoluxmanın ağırlaşma halları yarada bildiyini də vurğulayıb:
"İki virusun eyni zamanda orqanizmə yoluxması koinfeksiya, bir virus bədəndə olduğu halda digər virusa yoluxma isə superinfeksiya deyilir. Bu hallar infeksion xəstəliklərdə yaşana bilir. Bəzən bu iki halın hər birində ağırlaşmalar daha çox qeydə alınır. Bunun da səbəbi orqanizmin iki xəstəlik törədici infeksiya ilə mbarizə aparmaq məcburiyyətində qalır və immun sistemi yüklənir. Buna görə də ağırlaşmalar qeydə alınır. Məsələn, hepatit D virusu təklikdə insaqn orqanizminə heş bir ziyan vura bilmir, amma hepatit B xəstəsinə Hepatit D virusu da yoluxarsa, o zaman kəskin ağırlaşmalar yaşanır və qısa müddətdə qara ciyər serrozu yaranır. Belə halların olması elmlə təsdiqlənib və digər infeksion xəstəliklərdə də baş verə bilir". /