İftar süfrəniz üçün hazırlaya bilərsiniz



 17:34 11.03.2024     325

11 ayın sultanı Ramazan başlayıb.

Axşam.az iftar süfrəsi üçün menyu təqdim edib:

Yaşıl mərci şorbası

Ərzaqlar:

1 stəkan yaşıl mərci
1 ədəd orta ölçüdə soğan
1 diş sarımsaq
4 xörək qaşığı duru yağ
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
1/2 stəkan əriştə (makaronla da əvəzləyə bilərsiniz)
5 stəkan isti su
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
2 çay qaşığı qurudulmuş nanə
1 çay qaşığı qırmızı bibər

Hazırlanması:
Mərcilərin üstünə qaynar su töküb qaynamağa qoyun. İstəsəniz adi suyun yerinə ət və ya toyuq bulyonu da istifadə edə bilərsiniz. Soğan və sarımsağı xırda doğrayıb yağda qovurun. Mərcini süzüb kənara qoyun. Soğanın üstünə pomidor və bibər pastasını tökün. Əriştə və ya makaronu əlavə edib 2 dəqiqə qovurun. Sonra qaynadılmış mərcini töküb, duz, istiot əlavə edib qarışdırın. Suyu töküb 15 dəqiqə qaynadın.

Sobada bulqurlu toyuq

Ərzaqlar:

3 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı kərə yağı
1 ədəd soğan
1 ədəd kök
1 ədəd qırmızı bibər
2 diş sarımsaq
1/2 balqabaq
2 çay qaşığı duz
1 çay qaşığı qurudulmuş nanə
1 çay qaşığı üyüdülmüş qırmızı bibər
1 çimdik qara istiot
1 xörək qaşığı tomat pastası
2 stəkan düyü və ya bulqur
8 ədəd qaynadılmış toyuq budu
4 stəkan isti su (və ya toyuq suyu)

Hazırlanması:

Əvvəlcə soğan, yerkökü, bibər və balqabağı kiçik kublar şəklində doğrayın və ayrı bir kənarda saxlayın. Böyük tavaya və ya qazana zeytun yağı və kərə yağı qoyun, soğanları qazana əlavə edin və orta odda yumşalana qədər bişirin, yüngülcə duzlayın. Tavaya yerkökü, bibər, doğranmış sarımsaq və nəhayət balqabağı əlavə edib bişirin. Duz və ədviyyatlardan sonra tavaya tomat pastasını əlavə edin, 1 dəqiqə qızardın, sonra bulqur töküb, bütün ərzaqları qarışdırın, 3-4 dəqiqə qovurun. Qarışığı soba tavasına tökün, üzərinə qaynadılmış toyuqları qoyun, qaynar su əlavə edib, üzərini folqa ilə örtün. Yeməyi 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirdikdən sonra folqanı çıxardın, yenidən 10 dəqiqə bişirin.

Güllaç

Ərzaqlar:

3 litr süd
12 ədəd güllaç yuxası (hazır satışda olur)
3 stəkan şəkər tozu
1 paket vanilin
2 stəkan əzilmiş qoz

Üzəri üçün:
8 ədəd çiyələk
8 ədəd təzə nanə yarpaqları
4 xörək qaşığı əzilmiş püstə
4 xörək qaşığı qoz (incə üyüdülmüş)

Hazırlanması:

Südü dərin bir qazana qoyun və şəkər əlavə edin. Südə 1 paket vanili əlavə etdikdən sonra orta odda şəkər əriyənə qədər qarışdırın. Süd əllərinizi bir az yandıracaq bir temperatura çatdıqda, onu oddan götürün. Qozu bıçaqla xırda doğrayın. "Güllac"ı hazırlayacağınız qaba bir böyük qaşıq ilıq süd əlavə edin. İstifadə edəcəyiniz qabın ölçüsünə uyğun olaraq ayırdığınız güllaç yuxalarını süddə isladıb yarısını qaba düzün. Südü canına çəkməsi üçün 5 dəqiqə gözləyin. Üzərinə doğranmış qozları bolca tökün və qalan yarpaqlarını isladıb əlavə edin. Soyuducuda ən az 2 saat gözlədikdən sonra "Güllacı"nızı hissələrə ayırın. Üzərinə çiyələk, püstə, qoz və təzə nanə yarpağı qoyub, süfrəyə verin.