Bu qida əlavəsi “xolesterini aşağı salır” dedilər: 26 nəfər xəstəxanalıq oldu



 22:06 26.03.2024     384

Yaponiyada qırmızı düyü mayasından hazırlanan və pis xolesterini azaltdığı iddia edilən qida əlavələrindən istifadə edən 26 nəfər xəstəxanaya yerləşdirilib.

Demedia.az xəbər verir ki, yan təsirlər göstərən əlavələrin bazardan çıxarılacağı açıqlanıb.

Qida əlavəsi özəl bir şirkət tərəfindən istehsal olunur.

Şirkətdən verilən açıqlamada bildirilib ki, böyrək çatışmazlığı da daxil olmaqla müxtəlif şikayətlərlə xəstəxanaya yerləşdirilən 6 nəfərdən əlavə 20 nəfərdə də yan təsirlər müşahidə edilib.

Bundan sonra şirkətin 300 min paket "Beni Koji Choleste Help" adlı məhsul da daxil olmaqla 5 fərqli əlavəni bazardan geri çağırmağa başladığı qeyd edilib. Şirkət müştərilərini məhsuldan istifadəni dayandırmağa çağırıb.