Qəhvə diabetdən qoruyur
Diabet təhlükəli bir xəstəlikdir. Onun riskini azaltmaq üçün normal çəki saxlamalı, sağlam qidalanmalı və idmanla məşğul olmalısınız.
Lakin 2-ci tip diabetin inkişaf ehtimalını azaldan başqa bir amil var.
Demedia.az saglamolun.az-a istinadən xəbər verir ki, son araşdırmaya görə, qəhvə həm kişilər, həm də qadınlarda xəstəlik riskini azaldır. Lakin onu şəkər və qaymaqsız içmək lazımdır.
Təcrübədə 74 749 qadın və 39 059 kişi iştirak edib. Qadınlarda xəstəlik riski 8%, kişilərdə isə 4% azalıb.