Xörək duzunda xərçəngə səbəb olan təhlükəli maddələr aşkar edildi



 22:00 18.07.2024     609

Hətta süfrə duzunun tərkibində mikroplastiklər var. Bu qənaətə İndoneziyanın Andalas Universitetinin ekspertlər qrupu gəlib.

Demedia.az -ın nxarici mediaya istinadla xəbərinə görə, həkimlər 21 adda xörək duzunun nümunələrini yoxlayıblar və belə nəticəyə gəliblər ki, onların hər birində xərçəng, ürək xəstəlikləri və demensiyanın inkişafı ilə əlaqəli plastik, lif, plyonka və qranullar var.

Alimlər hesab edirlər ki, duzun təqkibindəki plastik dənizdən götürülən sudan yarana bilərdi.

Onlar müəyyən ediblər ki, insanlar hər il 1000-dən çox mikroplastik hissəciklər istehlak edə bilər.