Siqaret sevənlərə BƏD XƏBƏR
Aksiz dərəcəsi ölkəyə gətirilən tərkibində tütün olan siqarillalar və tərkibində tütün əvəzləyicisi olan siqarillalar üçün 1000 ədəd üçün 43 manatdan 45,5 manata qaldırılıb.
Demedia.az-ın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə etdiyi dəyişiklikdə əksini tapıb.
Aksiz dərəcəsi tərkibində tütün olan siqaretlər tərkibində tütün əvəzləyicisi olan siqaretlər üçün 1000 ədəd üçün 46,5 manatdan 53,5 manata qaldırılıb.
Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.