Niyə kənd yumurtası? - Dəhşətli araşdırma
Xüsusilə zamanla kütləvi istehsal yolu ilə həyatımızın bir parçası halına gələn yumurta təbiətin mükəmməl qidası kimi süfrələrimizi bəzəyir. Ancaq təəssüf ki, bütün yumurtalar bərabər deyil.
Demedia.az lent.az-a istinadən bildirir ki, açıq səma altında sərbəst gəzən toyuğun yumurtası ilə broyler toyuğunun yumurtası arasında təsəvvür edə bilməyəcəyiniz qədər fərq var.
Sərbəst gəzən toyuq yumurtalarının qida tərkibində 6 q protein, 70 mq omeqa-3 yağ turşuları, bol lutein və zeaksantin (makula degenerasiyası kimi gec görmə itkisi riskini azaldan maddələr) və A, D və E vitaminlərinin əhəmiyyətli dozaları var. Bu yumurtaların tərkibində yaddaş və sinir funksiyalarını gücləndirən çoxlu xolin də var.
2009-cu ildə aparılan bir araşdırmaya görə, sərbəst gəzən toyuqların yumurtalarında adi supermarket yumurtalarından 3-6 dəfə çox D vitamini var. Vitamin D sümük və diş sağlamlığını gücləndirir, immunitet funksiyalarını dəstəkləyir və insulin səviyyəsini tənzimləyir. Yumurta təbii olaraq D vitamini ilə zəngin olan azsaylı qidalardan biridir. Buna görə də gündəlik əlavələrinizi bir kənara qoyub səhərlərinizi qaynadılmış yumurta ilə gücləndirə bilərsiniz.
Sərbəst gəzən toyuq yumurtalarında xolesterolun miqdarı standart market yumurtalarından üçdə bir dəfəyə yaxın azdır. Adi yumurtalarda təxminən 423 mq xolesterin olduğu halda, sərbəst gəzən toyuq yumurtalarında xolesterinin miqdarı təxminən 277 mq-dır.