50 yaşdan sonra öldürən içki bəlli oldu



 23:05 29.07.2024     594

Alimlər gənclik dövründə sağlamlıq üçün təhlükəli olmayan içkilərin 50 yaşdan sonra mənfi təsir göstərdiyini müəyyən ediblər.

Məlumata görə, ilk növbədə şəkərli sərinləşdirici içkilərdən uzaq durmaq lazımdır.

Amerikalı diyetoloq Hillari Rayt deyir ki, şəkərli içkilər 50 yaşdan yuxarı insanlar üçün ən yararsız içkilərdir.

Onun sözlərinə görə, yaşla insulin müqavimətinin inkişaf riski artır. 19 yaşında bir stəkan şirin içkinin təsiri bədəndə iz qoymadan keçirsə, 50 yaşdan sonra artıq diabetə səbəb ola bilər.

Əgər hələ də şirin içki istəyirsinizsə, mineral suyu təzə sıxılmış meyvə şirəsi ilə qarışdırmaq məsləhət görünür.