Yeməkdən sonra baş ağrısının səbəbləri
Şəkərli diabet və mədəaltı vəzinin digər pozğunluqları allergik reaksiyalara, məsələn, yeməkdən sonra baş ağrısına səbəb ola bilər.
Demedia.az xəbər verir ki, bu barədə terapevt Oksana Xamitseva danışıb.
“Yemək yeyərkən insulin istehsalı pozulduqda əvvəlcə kəskin hiperqlikemiya, yəni qanda şəkərin artması, daha sonra isə hipoqlikemiya - onun aşağı düşməsi baş verir. Bu, beynin enerji aclığına gətirib çıxarır ki, bu da baş ağrısı ilə nəticələnir”, - Xamitseva Ura.ru portalına bildirib.
Onun sözlərinə görə, ağrıya səbəb yeməyin tərkibi də ola bilər. Bunun səbəbi müəyyən qidalara allergik reaksiyalardır. Həkim əlavə edib ki, qida əlavələri ilə əlaqəli zəhərli maddələrin qanda artmasına beyin belə cavab verə bilər. Xamitseva qeyd edib ki, bu, təhlükəli nəticələrə səbəb ola bilər. Çünki baş ağrısı üçün ağrıkəsicilərin tez-tez istifadəsi mədə xəstəliklərinə - qastrit, reflü, eroziya, xoralara gətirib çıxarır. Bu da öz növbəsində böyrəklərin, ürəyin, beynin, tor qişanın damarlarının zədələnməsinə, təzyiqin artmasına infarkt və ya insulta, həmçinin diabetik komaya səbəb olur.
“Yeməkdən sonra baş ağrısı mədəaltı vəzinin disfunksiyası ilə əlaqələndirilirsə, endokrinoloqa vaxtında müraciət etməsəniz və düzgün diaqnoz qoyulmazsa, şəkərli diabet geridönməz nəticələrə səbəb ola bilər”, - ekspert əlavə edib.