Meymunçiçəyinin hansı səbəbdən artdığı AÇIQLANDI
İqlim dəyişikliyi səbəbindən meymunçiçəyi və Lassa qızdırması kimi xəstəliklərə tez-tez rast gəlinməsi müşahidə edilir.
Demedia.az xəbər verir ki. bu barədə ÜST-ün fövqəladə hallar proqramının direktoru Maykl Rayan bildirib.
Onun sözlərinə gərə, iqlim dəyişikliyi hava şəraitinin sürətlə dəyişməsinə təsir edir, məsələn, quraqlığa səbəb olur, heyvanlar və insanlar qida axtarışında davranışlarını dəyişirlər. Nəticədə heyvanlara xas xəstəliklər insanlara ötürülür.