COVID-19-un mənşəyi əlavə araşdırma tələb edir
Dünya Səhiyyə Təşkilatının (DST) bir qrup aliminin dərc etdiyi hesabata görə, koronavirusun laboratoriyadan sızması ehtimalı əlavə tədqiqatlar tələb edir.
Demedia.az "The Hill"ə istinadla xəbər verir ki, koronavirusun haradan gəldiyi və ilk dəfə insanlara necə yoluxduğu ilə bağlı müzakirələri daha da qızışacaq.
“Virusun mənşəyini anlamaq gələcək epidemiyaların və pandemiyaların qarşısını almaq üçün elmi baxımdan çox vacibdir. Amma biz həm də əziyyət çəkən və dünyasını dəyişənlərin hamısına və onların ailələrinə mənəvi borcluyuq, - deyə DST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib. - Bütün fərziyyələr müəyyən versiyaları qəbul etməyə və ya rədd etməyə imkan verən dəlillərimiz olana qədər masada qalmalıdır".
Tedros bütün ölkələri, xüsusən də Çini şəffaf olmağa və hökumətin müdaxiləsi olmadan məlumat və nümunələri paylaşaraq əməkdaşlığa çağırıb.
Yeni Patogenlərin Mənşəyi üzrə Elmi Məsləhət Qrupu (SAGO) öz araşdırmasını aparmayıb, lakin mövcud tədqiqatları nəzərdən keçirib.
Qrup ABŞ, Çin və Rusiyadan olan ekspertlər də daxil olmaqla 27 nəfərdən ibarətdir.