Hamilə qadınlarda əl və ayaqların şişməsi



 11:14 20.06.2022     1212

Hamiləlikdə tez-tez rast gəlinən şikayətlərdən biri də xüsusilə ayaqlarda və əllərdə görülən şişlərdir. Hamiləliyin ilk aylarında o qədər də rast gəlinmir, hamiləliyin sonuna doğru şişlərin görülməsi bir o qədər də artır. Ən çox ayaqlarda, ayaq topuğunda olur. Əllərdə daha nadir görülür.Şişlik zamanı ayğınızı ayaqqabı barmağınızı isə üzük sıxmağa başlaya bilər. Əllərdəki şişlik çox şiddətli olduqda karpan tunel sindromu (sinir sıxılması) görülə bilər. Əllərdə uyuşma,tikan batması və gücsüzlük kimi hallar ola bilər.Karpan tunel sindromu haqqında daha ətraflı məlumatla sonrakı məqalələrimdə tanış ola bilərsiniz.

Ginekoloq Rəşad Məmmədov öz youtube kanalında bu mövzu haqqında ətraflı məlumat verib

Demedia.az saytı sözügedən videonu təqdim edir.