Xəstənin beyninə iynə salaraq şiddətli üz ağrısına son Verdi!
Trigeminal (üçlü sinir) nevralji, adətən, üzün yarısında üçlü sinirin yayılma sahəsində bir neçə saniyədən bir neçə dəqiqəyə qədər davam edən ani və şiddətli ağrılarla xarakterizə olunur. Qeyd edək ki, ağrı öz-özünə və ya danışıq, çiynəmə, toxunma , isti və ya soyuq maye qəbul edildikdə, üz hərəkətləri zamanı da başlaya bilər. Bəzən xəstədə olan bu ağrıların səbəbi dözülməz diş ağrıları ilə də səhv salınır. Elə pasiyentlər olur ki, hətta dişlərinin hamısını çəkdirir. Yenə də ağrıları keçməyən pasiyetlərimizin son ümid yeri Ağrı Müalicə Mərkəzi olur. Bildirək ki, üzün əsasən yarısında yayılan , ani və şiddətli ağrılarla xarakterizə olunan trigeminal (üçlü sinir) nevraljidən əziyyət çəkən xəstələr üçün Ağrı Müalicə Mərkəzimizdə Radiofrekansla Qasser qanqlion müalicə metodu tətbiq edilir.
Alqoloq Vüsal Eyvazov öz youtube kanalında bu mövzu haqqında ətraflı məlumat verib.
Demedia.az saytı sözügedən videonu təqdim edir.