Uşağınızda qızdırma ,tərləmə, iştahsızlıq varsa təcili müalicə!



 09:57 05.07.2022     847

Xərçəng xəstəliyi uşaqlarda nadir hallarda müşahidə edildiyinə baxmayaraq, inkişaf etmiş ölkələrdə xərçəng xəstəliyi uşaqlarda ölüm hallarının ikinci ən çox yayılmış səbəbidir. Uşaqlarda xərçəng xəstəliyi özünü çox vaxt müxtəlif xoşxassəli xəstəliklər kimi qeyri-spesifik simptomlarla biruzə verir. Bu isə xərçəng xəstəliklərinin uşaqlarda diaqnostikasının gec aparılmasına və müvafiq müalicə tədbirlərinin ləngiməsinə səbəb olur. Uşaqlar arasında ən çox yayılan xərçəng növləri hansılardır və əlamətləri nələrdir?

Onkoloq Mammoloq Cərrah İndira Səfərova öz youtube kanalında bu mövzu haqqında ətraflı məlumat verib.

Demedia.az saytı sözügedən videonu təqdim edir.