Yeməkdən sonra niyə yatmaq istəyirik?
Tatyana Romanenko izah edib ki, yeməkdən sonra yuxululuq hissi bədəndə qanın yenidən bölüşdürülməsi səbəbindən baş verir.
Demedia.az xəbər verir ki, “Veçernyaya Moskva” qəzetinə danışan həkimin sözlərinə görə, yeməkdən sonra həzm sistemi digər orqanlardan daha yaxşı qanla təmin edilir, lakin orqanizm tez bir zamanda öz adi vəziyyətinə qayıdır.
“İnsanın adi iş fəaliyyətinə qayıtması üçün 5-7 dəqiqə gözləməsi kifayətdir”, - Romanenko bildirib.