Dünyada 124,5 milyon insana peyvənd vuruldu
Dünyada koronavirusa qarşı 124,5 milyon nəfər peyvənd olunub.
Nexeber.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Blumberq” agentliyi yayıb. Məlumata görə, ABŞ-da əhalinin 11,7%-i, Çində 2.23%-i peyvəndlənib. AB-də isə 15,9 milyon nəfərə peyvənd vurulub. AB-dən ayrılan Britaniyada peyvəndləmə 17,1% həcmində olub. İsraildə isə əhalinin 59,4%-i peyvəndlənib.
Agentlik dünyada hər gün 3-3,5 milyon nəfərin peyvənd olunduğunu bildirib.